“Heç kəsə yardım borcumuz yoxdur” – Ədalət Şükürovbackend

“Heç kəsə yardım borcumuz yoxdur” – Ədalət Şükürov

“Hamı elə bilir ki, müğənnilər bütün günü pul qazanır”.

 

Hokm.az-ın xəbəinə görə, bunu əməkdar artist Ədalət Şükürov deyib.

 

“Əslində, müğənnilər ilin 6 ayını çalışırlar. Sonra tədbirlər olmur. Bunun məhərrəmlik ayı, ramazan və digər ayları var ki, onda tədbirlər olmur. Sadəcə, biz həkimlərdən, müəllimlərdən, siyasətçilərdən fərqli olaraq, göz önündəyik, həyatımız hamı üçün maraqlıdır”,- deyə o, əlavə edib.

Daha sonra əməkdar artist, son zamanlar bir sıra məşhurların iştirak etdiyi yardım kompaniyasından da danışıb: “Bir də görürsən, elə yazırlar ki, mənə kömək etməlisən. Mən yenə də deyirəm ki, heç kimin heç kəsə borcu yoxdur. Bizim ancaq dövlətə və valideynlər qarşısında borcumuz var”.Yenisabah

  •  (3)
  •  (14)