Halil Sezainin cəzasının ertələnməsi mümkün deyil, həbs olunmalıdır – Məhkəmə qərarıbackend

Halil Sezainin cəzasının ertələnməsi mümkün deyil, həbs olunmalıdır – Məhkəmə qərarı

Türkiyənin Tuzla vilayətində Hüseyin Meriç adlı şəxsi döyməsinə görə 1 il 11 ay 17 gün həbs cəzası verilən Halil Sezai haqda qərar açıqlanıb.

Hokm.az xəbər verir ki, məhkəmə müğənninin bir daha cinayət törətməyəcəyinə qənaət vermədiyinə görə həbs cəzasının ertələnməsinin və pul cəzasına çevirilməsinin mümkün olmadığını bildirib.

Qeyd edək ki, bundan öncəki məhkəmələrdə Hüseyin Meriçin ifadəsinə əsasən, H.Sezai əlində odun ilə zərərçəkənin evinə gələrək “Səni öldürməyə gəlmişəm”, – deyə onu hədələyib. Daha sonra Sezainin Hüseyini vuraraq küçəyə qaçdığı bildirilib.

Müğənninin zərərçəkənin evinə girməsi yönündəki iddiaları qəbul etmədiyi məhkəmələrdə tərəflər arasında öncəsində səs-küy etmək məsələsinə görə mübahisə yarandığı, bu mübahisə zamanı şübhəli Halil Sezainin Hüseyin Meriçi 30 santimetrlik odun parçası ilə hədələməsi, təhqiredici ifadələr işlətməsi, odunla, sillə və yumruqla yaralaması, zərərçəkənin sadə tibbi müdaxilə ilə sağala biləcək formada yaralanması və s. qeyd edilib.

Sezainin H.Meriçə aid evə icazəsiz və qanuni olmayan bir məqsəd üçün girməsi, burada qalması, həyətdə qapalı məkanda yerləşən pəncərə çərçivəsinə zərər verməsi də sənədlərdə yer alıb.

Həmçinin, məhkəmədə Hüseyin Meriçin küçəyə çıxmasından sonra H.Sezainin də onun ardınca getməsi, şübhəlinin “Qəsdən hərəkət”, “Mülkün toxunulmazlığı”, “Silahla hədələmə”, “Mülkə zərər vermək” maddələri əsas gətirilərək 3 il 7 ay 15 gündən 13 il 10 aya qədər həbsi tələb olunub. Sonradan qərara əsasən H.Sezaiyə 1 il 11 ay 17 gün cəza verilib. İfaçı 30 oktyabrda şərti azadlığa çıxıb.

Onu da bildirək ki, Sezai 17 sentyabrda həbs edilmişdi.MediaPost

  •  (0)
  •  (0)