“Əsas nəfəsimiz gedib-gəlsin, qalanı düzələndir”backend

“Əsas nəfəsimiz gedib-gəlsin, qalanı düzələndir”

Müğənni Vüqar Muradov əməliyyat olunub.

Hokm.az axşam.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl futbol oynayarkən sənətçi ayağını iki yerdən sındırıb. “İstanbul NS” klinikasına müraciət edən ifaçının ayağındakı sınıqlar düzəldiləcək. Vüqar bildirib ki, bundan sonra futbol oynamağa tövbə edib:

“Adama deyən lazımdır ki, sənə futbol oynamaq lazımdır? 125 kiloqramsan, futbol olar? Eybi yox, əsas nəfəsimiz gedib-gəlsin, qalanı düzələndir”.

  •  (0)
  •  (0)