Əri Kim Kardaşyana trans “youtuber”lə xəyanət edirmiş – FOTOLARbackend

Əri Kim Kardaşyana trans “youtuber”lə xəyanət edirmiş – FOTOLAR

Məşhur model Kim Kardaşyanla həyat yoldaşı, reper Kanye Uestin ayrılıq səbəbi bilinib.

Hokm.az Sfera.az-a istinadən xəbər verir ki, reperin 6 ildir evli olduğu Kim Kardaşyana xəyanət etdiyi üzə çıxıb.

İddialara görə, Kardaşyanın həyat yoldaşı trans “youtuber” Cefre Star ilə görüşür.

Bu iddia ilə “TikTok”da video paylaşan Ava adlı şəxs çıxış edib.

“Kanye çox məşhur bir vizajist ilə görüşür, özü də kişi vizajist ilə… Bir çox insan artıq bu görüşdən xəbərdardır”,- deyə Ava paylaşımında yazıb.

  •  (0)
  •  (0)