Türkiyənin məşhur ulduzu Ebru Gündeşin yeni sevgilisi üzə çıxıb.
Hokm.az xəbər verir ki, sənətçinin 28 yaşlı iraqlı iş adamı Rassan Xoşnavla eşq yaşadığı bəlli olub.
Cütlüyün fotoları mətbuata yayılaraq, gündəm olub.
Gündəş ilə Xoşnavın uzun zamandır eşq yaşadığı haqda məlumatlar dərc olunub. İş adamının Ebrunun konsertlərində ön sıralarda əyləşərək, iştirak etməsi diqqətdən yayınmayıb.
Qeyd edək ki, həbs olunan və daha sonra azadlığa buraxılan Rza Zərrabla Ebru Gündeş 11 il evli olub. Cütlüyün bu nikahdan Alara adlı qızı var. Onlar ötən ilin may ayında boşanıb. Bizim.Media