Dilarə: “Məni açıq-saçıq şəkillərimə görə tanıdılar” FOTOLARbackend

Dilarə: “Məni açıq-saçıq şəkillərimə görə tanıdılar” FOTOLAR

Müğənni Dilarə Kazımova bütün pullarını layihələrinə xərcləməsindən danışıb.

Hokm.az xəbər verir ki, sənətçi bu haqda “Xəbər-ətər” proqramında qonaq olarkən deyib.

Dilarə bildirib ki, evini təmir etdirə bilmir:

“Hər dəfə deyirəm ki, evi təmir etdirim, amma qalır. Əlimdə olan pulu layihələrimə xərcləyirəm. Deyirəm, bunu da təqdim edim, növbəti dəfə evə xərcləyərəm. Beləcə 4 ildir, evimi təmir etdirə bilmirəm”.

Dilarə açıq-saçıq geyimlərindən də söz açıb. O deyib ki, tamaşaçı onu daha çox bu cür geyimlərdən sonra tanıyıb:

“Həmişə deyirlər ki, niyə belə açıq-saçıq geyinirsən. Axı sənin gözəl səsin var? Açıq-saçıq geyinəndən sonra daha da məşhur oldum. Bu, məndən asılı deyil, obrazdır. Şəkillər də məqsədəuyğun çəkilir. Qapalı fotolar bəyəni yığmır. Dekolteli şəkillərə isə reaksiya çox olur”.Metbuat.az

  •  (0)
  •  (0)