Dilarə ARB-dən Xoşqədəmə görə getdibackend

Dilarə ARB-dən Xoşqədəmə görə getdi

Əməkdar artist Dilarə Əliyeva ARB TV-dən getmə səbəbi məlum olub.

Hokm.az  OLAY-a istinadən xəbər verir ki, aparıcının bu cür addımı atmağı yaxın günlərdə kanalda transfer olunan və ARB-nin yaradıcılıq məsələləri üzrə müşaviri təyin olunan Xoşqədəm Hidayətqızı ilə bağlıdır.

Belə ki, D. Əliyeva Xoşqədəm Hidayətqızının rəhbərliyi altından çalışmayacağını bildirib və kanaldan ayrılıb. O, bundan sonra fəalliyətini Xəzər TV-də davam etdirəcək.

Aparıcı OLAY-a ARB TV-dən getmə xəbərini təsdiqləyib.

Qeyd edək ki, Əməkdar artistin ARB-dən ayrılıb “Xəzər”ə getmə xəbərini ilk dəfə axsam.az saytı yazıb.

  •  (0)
  •  (0)