“Desəydilər, həyat yoldaşın olacaq, gülərdim”backend

“Desəydilər, həyat yoldaşın olacaq, gülərdim”

“Uşaq idim, evimizdən dəfələrlə səsi gəlirdi, televizorda görürdüm, verilişinə baxırdım… O gün desəydilər ki, bir neçə il sonra bu oğlan sənin sevdiyin adam, həyat yoldaşın, qızının atası olacaq, gülüb keçərdim”.

Hokm.az olay-a istinadən yazır ki, bu sözləri aparıcı İlkin Həsəninin həyat yoldaşı, bloger Aysel Həsəni sosial media hesabında yazıb.

O, Həsəniyə təbriki belə ifadə edib:

“Tam 7 ildir 21 oktyabr mənim üçün vacib və sevincli günlərimdən biridir. Nə deyim? Daha təsəvvür belə etməyəcəyimiz qədər  qeyd edək. Əl-ələ, sevgin, sevgimiz daim artsın. Hər gün daha bərk sevgi ilə günə birlikdə başlayıb, birlikdə bitirək.S əni sevirəm ad günün mübarək, mister Həsəni”.

Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların Alisa adlı bir qızı var.

  •  (0)
  •  (0)