“Dedik ki, gəlin bunu yoluna qoyun, ay Makronlar, makaronlar…” – Vasif Məhərrəmlibackend

“Dedik ki, gəlin bunu yoluna qoyun, ay Makronlar, makaronlar…” – Vasif Məhərrəmli

“Biz silahlarımızın hamısından istifadə etsək, gərək Ermənistan yerlə-yeksan ola. Cənab Prezidentin də dediyi kimi, rədd olub getsinlər torpaqlarımızdan. Getməyəcəksinizsə, hamınız qarışqa kimi qırılacaqsınız!”

Bu sözləri Əməkdar artist Vasif Məhərrəmli deyib. Müğənni ordumuzun qələbəsini yüksək qiymətləndirib, geriyə yol olmadığını qeyd edib: “Hamı kimi biz də sevinirik. Allah Prezidentimizi qorusun, başımızdan əskik etməsin, onun qətiyyəti, şücayəti sayəsində bu gün torpaqlarımızın qaytarılmasına nail oluruq. İnşallah, sona qədər də nail olacağıq. Allah ordumuzu, əsgərlərimizi qorusun. Onlar bizim başımızın tacıdırlar. Hər kənd alındıqca sevincdən gözümüzün yaşını saxlaya bilmirik. Həqiqətən də təqdirəlayiq addımlayırıq. Dayanmadan ta Şuşaya qədər getmək lazımdır, ora azad olmayana qədər dayanmaq yoxdur. Böyükdən kiçiyə hər kəs bunu tələb edir, hətta evdə 6 yaşlı oğlum da bunu istəyir. Hamımız əlimiz göydə Allaha dua edirik ki, itki az olsun. Çox şükürlər olsun ki, bu gün Azərbaycan ordusu dünyaya meydan oxuyan ordudur. Azərbaycan Silahlı Qüvvələrinin tərkibində elə silahlar var ki, çox ölkələrdə o silahlardan yoxdur. Onların çoxundan hələ yararlanmamışıq, hələ onların 70-80 faizindən istifadə etməmişik, onları istifadə etsək gərək Ermənistan yerlə-yeksan olsun”.

Sənətçi beynəlxalq təşkilatların müharibəni dayandırmaq çağırışına sərt münasibət bildirib:

“30 il Beynəlxalq təşkilatlara yalvardıq, dedik ki, BMT-nin dörd qətnaməsi var, buna əməl edin. Dedik ki, gəlin bunu yoluna qoyun, ay Makronlar, makaronlar…Hansı biri əməl etdi?! İndi hörmətimiz daha çox olacaq. Bundan sonra Cənab Prezidentin hörməti həmişə yüksək olacaq, daha çox bizə xalq olaraq hörmət edəcəklər, bizimlə hesablaşacaqlar. Çünki onlar artıq bizim gücümüzə bələd oldular. Mən fəxr edirəm ki, Azərbaycanlıyam, türk oğluyam. Allah Azərbaycanı və Türkiyəni qorusun. Çünki Rəcəb Tayyib Ərdoğanın qətiyyəti, birbaşa müdaxiləsi, İlham Əliyevin şəxsi qətiyyəti nəticəsində biz bu günlərə gəlib çıxdıq. Bundan sonra bizi daha xoşbəxt günlər gözləyir”.Yenisabah

  •  (0)
  •  (1)