Cinsiyyətini dəyişib qadın olan Selin: “Əkiz uşaq anası olmaq üçün hər şeyi edəcəm!”backend

Cinsiyyətini dəyişib qadın olan Selin: “Əkiz uşaq anası olmaq üçün hər şeyi edəcəm!”

Məşhur sosial şəbəkə fenomeni Selin Ciğerci övladlığa uşaq götürəcəyini açıqlayıb.

Hokm.az xəbər verir ki, futbolçu Gökhan Çıra ilə evli olan Selin Ciğerci “Exxen”də yayınlanan “Katarsis” proqramında bu barədə danışıb.O, övlad sahibi olmaq istədiyini bildirib: “Uşaqlarım olarsa, həyatım tamamlanacaq kimi hiss edirəm. Artıq övladım olsun istəyirəm. İndi övladlığa uşaq götürmək istəyirəm. Həyat yoldaşımla birlikdə xarici ölkəyə müraciət etdik. Artıq sənədlərimizi təqdim etmişik. Məqsədimizdə iki uşaq var. Əkiz də ola bilər. Onları yetişdirmək, məktəblərə göndərmək istəyirəm. Həyatım onlar olsun istəyirəm”.

Qeyd edək ki, Selin Ciğerci cinsiyyətini dəyişərək qadın olduqdan sonra Gökhan Çıra ilə evlənmişdi. O hazırda sosial şəbəkələrdə ən çox izlənən fenomenlərdən biridir.

S.Ciğerci illər öncə verdiyi müsahibələrinin birində cinsiyyətini dəyişməsini belə izah etmişdi: “Atam bizə baxmaq üçün əlindən gələni edirdi. Məndən beş yaş kiçik qardaşım da vardı. Gözəl bir ailəydik. Yaşım artıqca əskikliyimi hiss etməyə başladım. Ruhumun üzərində sanki mənə aid olmayan bir bədən daşıyırdım. Saçını toplayan və qızlarla oynamaq istəyən bir uşaq oldum. Sonra ana olmaq istədim. Müəyyən bir yaşa qədər bu vəziyyət belə davam etdi, daha sonra əməliyyatlarla ruhumu bədənimə uyğunlaşdırdım. İndi xoşbəxtəm. Məni sevən həyat yoldaşım var”.azxeber.com

  •  (0)
  •  (0)