backend

Burak Özçivit azərbaycanlı müğənninin təqdimatına qatıldı

Rusiyada yaşayan azərbaycanlı bəstəkar-müğənni Elman Zeynalov  “Qara sevda” adlı mahnısına təqdimat keçirib. 
Hokm.AZ  xəbər verir ki, müğənninin özəl gününə bir sıra ulduzlar qatılıb.

Məşhurlar arasında türkiyəli aktyor Burak Özçivit də yer alıb. Onların səmimi görüntüləri sosial mediada maraqla qarşılanıb.

Qeyd edək ki, Elman Zeynalov bir çox azərbaycanlı sənətçiləri Rusiya şou-biznesində piar edərək, dəstək olub.

  •  (3)
  •  (2)