Bu məşhurlar pandemiyada Azərbaycandan köçdülər – SİYAHIbackend

Bu məşhurlar pandemiyada Azərbaycandan köçdülər – SİYAHI

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə toy, açılış və bir çox tədbirlərin keçirilməsi qadağan edilib. Buna görə də sənət adamlarının çoxu işsiz qalıb.

Hokm.az xəbər verir ki, bəzi sənət adamları bu ərəfə ölkədən köçməyə üstünlük veriblər. Onların əksəriyyəti isə Türkiyəyə üz tutublar.

Xalq artisti Miri Yusif yayda ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Müğənni İzmiri seçib. Hazlrda Miri Yusif Bakıya işləri ilə əlaqədar gəlib-getsə də, ailəsi orada yaşayır.

Məşhur stilist Anar Ağakişiyev də pandemiya ərəfəsində türkiyəni seçib. Hələ bir neçə il əvvəl fəaliyyətini orada davam etdirəcəyini deyən stilist bu il onu gerçəkləşdirib. Anar İstanbulda ev alıb, orada fəaliyyət göstərir.

Müğənni Ayan Babakiyeva artıq bir neçə aydır İstanbuldadır. Orada evi və biznesi olan sənətçi ailəsini də özü ilə aparıb. Ayan pandemiya ərəfəsini Türkiyədə keçirməyə üstünlük verib.

Müğənni Aysel Əlizadə də İstanbula köçüb. Bir müddət əvvəl Türkiyədə özünə ev alan ifaçı karantin günlərini orada keçirir.Axşam.az

  •  (0)
  •  (0)