Bred və Colidən inanılmaz addım: Yenidən…backend

Bred və Colidən inanılmaz addım: Yenidən…

4 il əvvəl boşanan Hollywood ulduzlarının arasında buzlar əriməyə başlayıb.

Hokm.az Daily Mail-ə istinadən bildirir ki, 2016-cı ildə ayrılan və keçən il rəsmi olaraq boşanan cütlük yenidən bir araya gəlib.

Belə ki, küsülü olan cütlük övladları Maddox (18), Pax (16), Zahara (15), Şiloh (14) əkizləri Knox və Vivienne (11) görə yenidən barışmağa qərar veriblər.

Bu sözləri Bred Pittə yaxın mənbə bildirib.

“Bred üçün övladları ən vacib şeydir. Həyat yoldaşı və övladlarından çox şey öyrəndiyini dostlarına söyləyir. Bred Coli ilə qəyyumluq üçün razılaşdığına görə münasibətləri yaxşılaşıb.
O qədər uşaqlar üçün bir qəyyumluq proqramı quruldu və proqram keçmişdə yaşanan iki gərginliyi aradan qaldırmaq üçün bir fürsət idi. Mən artıq bu problemin ən yaxşı şəkildə həll olunacağına inanırdım.
Bu, yalnız Ancelina Coli və Bred Pitt-ə aid deyil. Uşaqlar varsa, hər kəs ayrıca diqqət yetirməlidir. Bir Hollywood ulduzu olmaq istəyirsinizsə, fərq etməz. Onların arasının düzəlməyi məni sevindirdi. Ümid edirəm ki, bu cür davam edəcək”, – deyə mənbə qeyd edir.

A.Ətrin

Hokm.az

  •  (1)
  •  (2)