Boşandıqları deyilən Gülay Kamilə şərh yazdı: “Ürəyim sənə qurban…” – FOTObackend

Boşandıqları deyilən Gülay Kamilə şərh yazdı: “Ürəyim sənə qurban…” – FOTO

Tanınmış cütlük Gülay və Kamil Zeynallıdan xəbər var.

Hokm.az xəbər verir ki, idmançı Kamil Zeynallı “İnstagram” hesabında qızı Sahilə ilə görüntüləndiyi video paylaşıb. Video marağa səbəb olaraq qısa zaman ərzində çoxsaylı baxış və rəylər alıb.

Rəylərin içində Gülay Zeynallının şərhi isə xüsusi diqqət çəkib. Belə ki, müğənni qızına “ürəyim sənə qurban” sözlərini yazıb.

Qeyd edək ki, son zamanlar Kamil və Gülay cütlüyünün boşandıqları xəbəri müzakirə olunurdu. Lakin hər iki tərəf bu xəbəri təkzib edir. Gülayın bu şərhi də izləyicilər tərəfindən bəyənilərək xoş qarşılanıb. Bundan əlavə, son zamanlar cütlük eyni yerlərə istirahətə birlikdə gedirlər. Bir yerdə görüntüləndiyi fotolar paylaşmasalar da, eyni yerlərdən paylaşımlar edirlər.big.az

  •  (1)
  •  (0)