“Boğulursan, ağlamaq da olmur, hər şey boğazımda düyünlənib”backend

“Boğulursan, ağlamaq da olmur, hər şey boğazımda düyünlənib”

Ən şən insanın belə qəlbinin qaraldığı gün olur. Hüzünlü, bir payız sisi kimi tutqunluq qəlbi bürüyür, günəş işığının yaxınlaşmasına imkan vermir. Qəlbinin içində səbəbi açıqlana bilinməyən ağrılı bir hiss yaranır.

Hokm.az axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə yazıb. Sənətçi depressiya ab-havalı paylaşımı ilə izləyicilərini təəccübləndirib. Fatimə bildirib ki, qəribə hisslər yaşayır və nə olduğunu izah edə bilmir:

“Səbəb yoxdur, amma tıncıxdırır, nəsə səni sıxır, hər şeydən imtina etmək, gözlərdən kənar bir yerə getmək istəyirsən. Boşluqdasan, səni heç nə sevindirmir, Ətrafdakı hər şeyə yad və laqeyid olursan.

Qəribə bir güc ruhunuzu və qəlbinizi ələ keçirir, başqa duyğulara yer qalmır. İçinizdə kədər, sevinc, qəzəb və inciklik yoxdur. Heç nə yoxdur. Yalnız ümidsizlik və həsrət.

Sözlə ifadə edilə bilməyən həsrət, ağlamaq da olmur. Boğulursan, boğazında hər şey düyünlənib. Başqa hisslər gəlmir, var olan da getmir… Qeyri-adi, görünməz, açıqlana bilinməyən hisslərdir”.

  •  (0)
  •  (0)