‘’Biz ev heyvanıyıq, siz də sahibimiz?’’ – Elnarə karantinin uzadılmasına ƏSƏBİLƏŞDİbackend

‘’Biz ev heyvanıyıq, siz də sahibimiz?’’ – Elnarə karantinin uzadılmasına ƏSƏBİLƏŞDİ

Müğənni Elnarə Xəlilova ötən gün karantin rejimi ilə əlaqədar olaraq sms icazəsinin ləğv olunmasına münasibət bildirib.

Hokm.az xəbər verir ki, ifaçı İnstagram hesabında sərt karantin rejiminin uzadılması ilə bağlı qərara sərt münasibət bildirib. O sms icazəsi ləğv olunsa da, yolların və məkanların bağlı olmasından şikayətlənib.

‘’İndi guya sms icazəni ləğv elədiz ki, evdən rahat çıxa bilək? Hara gedə bilərik ki? Kafe yox, mağaza yox, rayona yol yox, şəhəri dolaşmağa çıxaq? Məgər biz ev heyvanıyıq, siz də sahibimiz? Qeydiyyatla və maska ilə soyuq havada dənizə icazə vermisiz, başımıza dəysin. İcazəni də elə vermisiz ki, heç kəs heç nə etmək istəmir. Ha vurub toplayırıq ki, hara gedək , nə edək, ağlımıza heç nə gəlmir. Bu gedişlə toylara da məhərrəm ayında icazə verərsiz ki, heç kəs yenə də toy edə bilməsin’’ –deyə, o qeyd edib.(‘’Ölkə.Az’’)

  •  (4)
  •  (1)