“Bir gözümüz ağlayır, bir gözümüz gülür” – Röyabackend

“Bir gözümüz ağlayır, bir gözümüz gülür” – Röya

Ürəyi Qarabağla döyünən azərbaycanlılar… İtirdiklərimiz də, qazandıqlarımız da çox oldu. Bir gözümüz ağlayır, bir gözümüz gülür. Amma hər birimizin ürəyi hazırda sevinc içindədir. Bir çox işğalda olan torpaqlarımızı düşməndən aldıq, almağa doğru da gedirik.

Hokm.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Röya Ayxan deyib. İnstaqram səhifəsində video yayımlayan müğənni cəbhə bölgəsində yaşananlardan danışıb.

“Yenə də xain düşmən öz işindədir. Gəncə, Bərdə, Tərtər atəşə tutulub. Hamımızın orada qohumu, dostu var. Onların stressi, necə ağır dönəmdən keçdiklərini başa düşürəm. Hamınıza güc arzulayıram. Güclü olmalıyıq. Biz incəsənət adamları sənətimizlə yanınızda olduq, ürəyimizlə də yanınızdayıq. Hamınızı bir daha təbrik edirəm. Ağlar gözlər gülərək ağlasın. Hər gün oğullarımız cəbhəyə gedir, salamat, qələbə ilə evlərinə dönsünlər. Onların toylarını, xoş günlərini keçirdək” deyə, Röya əlavə edib.

  •  (3)
  •  (0)