Bakıda növbəti dəbdəbəli ad günü və toy keçirilib – VİDEObackend

Bakıda növbəti dəbdəbəli ad günü və toy keçirilib – VİDEO

Müğənni Nüşabə Musayeva sosial şəbəkədə özünə dəbdəbəli ad günü keçirdiyi restorandan video paylaşıb.
Hokm.az “Qafqazinfo”-ya verdiyi xəbərə görə, müğənni və yaxınları maska taxmadan, sosial məsafə gözləmədən şənlik ediblər.
Videoda restoranın digər hissəsində bəylə gəlin də kadra düşüb. Novxanıda yerləşən restoranda eyni zamanda toy məclisi də təşkil olunub.

Qeyd edilib ki, koronavirus pandemiyasına görə Nazirlər Kabineti ölkədə xüsusi karantin rejimi tətbiq edib. Qaydalara görə, toy, nişan və yas mərasimləri, 5 nəfərdən artıq insanın bir yerə toplaşması, kütləvi tədbirlərin keçirilməsi qadağandır.

  •  (0)
  •  (1)