Aysel Şükürova üçüncü dəfə əməliyyat olundu – YENİ GÖRÜNTÜSÜ YAYILDIbackend

Aysel Şükürova üçüncü dəfə əməliyyat olundu – YENİ GÖRÜNTÜSÜ YAYILDI

Xəbər verdiyimiz kimi, “Location” klubda yaralanan bloger Aysel Şükürova üçüncü dəfə əməliyyat olunub.

Hokm.az xəbər verir ki, hazırda blogerin səhhəti yaxşıdır. Bu haqda onun dostu Raul məlumat yayıb. O, Ayselin yeni görüntüsünü yayımlayaraq, yaxşı olduğunu vurğulayıb.
Xatırladaq ki, Aysel partlayış zamanı klubdan xəsarət almadan çıxıb. O, model Təranə Rzayevanı (Merlin) içəridən çıxartmaq üçün ikinci dəfə yanğın olan məkana daxil olub və bu zaman xəsarət alıb.
Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 4 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova, klubda əylənənlərdən 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva, aşpaz, 2001-ci il təvəllüdlü Gülbala Abdullayev, ofisiant, 21 yaşlı Ayxan Fətullazadə), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib. (axsam.az)

  •  (1)
  •  (0)