“Ayaqqabısına bir villa almaq olar” – Tunardan bacısı Günellə bağlı açıqlamabackend

“Ayaqqabısına bir villa almaq olar” – Tunardan bacısı Günellə bağlı açıqlama

“Geyimə çox pul xərcləyir. Evdə 300-400 ayaqqabısı var. Onu satsaq bir villa ala bilərik. Hərdən deyirəm ki, gör, bunları istəyən varsa, sataq”.

Hokm.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Tunar Rəhmanoğlu bacısı Günel Zeynalova haqda deyib. Sənətçi bacısı haqda sualları cavablandırıb. O bildirib ki, Günel pullarını geyimə xərcləyir.

Qardaşının sözlərini təsdiqləyən sənətçi “Qardaşımın toyunda geyindiyim paltara 17 min lirə ödəmişdim” deyə, əlavə edib.

  •  (0)
  •  (0)