Aparıcı, cazmen, pop və rep bir arada – VİDEObackend

Aparıcı, cazmen, pop və rep bir arada – VİDEO

Azərbaycanda dörd tanınmış xanımın iştirakı ilə maraqlı layihə təqdim olunub.

Hokm.az xəbər verir ki, onlar müğənni Dilarə Kazımova, caz ifaçısı Ülviyyə Rəhimova Jones, İTV-də “Yeraltı” verilişinin aparıcısı Fidan Cəfərova və ilk rep deyən xanım Ülkər MC’Rain-dır.

“İsti – isti” adlı əyləncəli mahnının rejissorluğunu Ramal Nəsibli, beatmakeri Murad Pika, mix-masteringini Emin Kərim edib.

Ekran işinin təqdimatı üçün ayrıca bəstənin adı ilə YouTube və digər musiqi platformalarda hesablar açılıb və layihə ötən gün təqdim edilib.

Yay ab-havalı klipin mahnısında sosial mesajlar da verilib.

  •  (3)
  •  (3)