Anar Ağakişiyev Demet Akalını ELƏ DƏYİŞDİ Kİ… – FOTObackend

Anar Ağakişiyev Demet Akalını ELƏ DƏYİŞDİ Kİ… – FOTO

Dünya şöhrətli makiyaj ustası Anar Ağakişiyev türkiyəli müğənni Demet Akalını və onun izləyicilərini təəccübləndirməyə davam edir.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, Türkiyədə veriliş aparan ulduzun makiyajını İstanbulda olarkən həmyerlimiz edir. Onun yaratdığı obrazlar İnstaqram səhifələrinin də “dilinə düşüb”. Demetin köhnə və yeni makiyajı müqayisə edilərək inanılmaz dəyişiklik sərgilənib.

Xatırladaq ki, stilist Publika.az-a müsahibəsində bir çox sənətçinin ona vermədiyi dəyər və qayğını məhz Akalından gördüyünü demişdi:

“20 il ərzində bir çox məşhurla işlədim, bir çoxunun sağolunu da eşitmədim, Demetdən onun 10 qatını gördüm. Türkiyəyə gedəndə rahatlığımı düşünür, xüsusi sürücü göndərir və s. Çox qayğıkeş və ürəyiaçıq insandır. Başqa sənətçilərlə iş birliyimi qısqanmır, ona qarşı münasibət və rəğbətimi bilir”.

  •  (0)
  •  (0)