Acun keçmiş arvadı HAQQINDA: “Şeymanın səhvlərini bütün Türkiyə gördü”backend

Acun keçmiş arvadı HAQQINDA: “Şeymanın səhvlərini bütün Türkiyə gördü”

“TV8” telekanalının sahibi, aparıcı Acun Ilıcalı keçmiş həyat yoldaşı Şeyma Subaşı barədə danışıb.

Hokm.az axşam.az-a istinadən xəbər verir ki, “Haber global” verilişinə qonaq olan Acun “Şeyma Subaşı ilə evləndiyinə peşmansan” sualına belə cavab verib:

“Heç deyiləm. Həlli olmayan məsələ gördükdə, başqa üsula keçirəm. İnsanların bunu edə bilməməsinə, kədərlənirəm. İnsanlar arasında duyğusal hisslərin tükənməsi, gərgin anların yaşanmasına səbəb deyil. Analığı barədə danışılmasına icazə vermərəm. Şeyma ilə 10 il birlikdə olmuşam, nələrsə etməyə çalışdım, amma bacarmadım. Hazırda mənim də, onun da xoşbəxt həyatı var. Şəxsi həyatımın aşkarda olması mənim üçün yaxşı deyil. Şeymanın həyatı barədə şərh bildirmək istəmirəm. Tanınan biri olduğu üçün səhvləri tez gözə çarpır. Hamının etdiyi səhvləri o da etdi, onun etdiyi səhvləri bütün Türkiyə gördü. İndi böyüdüyünü görürəm. İnşallah daha yaxşı şeylər yaşayar. Heç birimiz möhtəşəm deyilik, mənim üçün əsas olan niyyətdir”.

  •  (2)
  •  (0)