Zaqatalada külli miqdarda marixuana aşkar edildi – FOTObackend

Zaqatalada külli miqdarda marixuana aşkar edildi – FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qazangül qəsəbə sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu üçün məhkum olunan Sahibəli Cəfərov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətində saxladığı özünə məxsus VAZ-2107 markalı avtomobilin yük hissəsindən dörd kiloqram marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

  •  (0)
  •  (0)