Bu il keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.
Bu barədə Hokm.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Paddok həmişəki kimi Neftçilər prospekti, Hökümət evinin qarşısında quraşdırılır.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.