Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Hokm.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Nazir Vilayət Eyvazov əmr imzalayıb.
Belə ki, polis polkovnik-leytenantı Ramiz Novruzov Səbail rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəis müavini təyin olunub.
Qeyd edək ki Nizami RPİ-nin əvvəlki rəis müavini Nəvai Qasımov bir müddət əvvəl Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub.