Prezident TƏBİB-ə yeni səlahiyyət verdi – FƏRMANbackend

Prezident TƏBİB-ə yeni səlahiyyət verdi – FƏRMAN

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyəti artırılıb.

Hokm.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərman”ında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə aşağıdakı səlahiyyət verilib:

bu Fərmana əsasən, yaradılmış tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirsin və “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin reyestrə çıxışını təmin etsin;

– tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər barədə məlumatların real vaxt rejimində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsini təmin etsin.

Qeyd edək ki, əvvəl bu səlahiyyət Səhiyyə Nazirliyində idi.

  •  (1)
  •  (0)