Vilayət Eyvazov şöbə rəisini işdən çıxartdıbackend

Vilayət Eyvazov şöbə rəisini işdən çıxartdı

Azərbaycanda polis şöbələrindən birinin rəisi vəzifəsindən azad edilib.

Hokm.az-ın “Report”a istinadən xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.Əmrə əsasən, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi Lətif Cahangirov işdən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

  •  (0)
  •  (0)