Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi – Yeni təyinatlarbackend

Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi – Yeni təyinatlar

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Hokm.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Ceyhun Şabanov Binəqədi rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə, o, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Binəqədi RPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə isə polis kapitanı Tural Mehdili təyinat alıb.

  •  (0)
  •  (0)