Vilayət Eyvazov onu “Bandotdel”ə şöbə rəisi TƏYİN ETDİbackend

Vilayət Eyvazov onu “Bandotdel”ə şöbə rəisi TƏYİN ETDİ

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yeni təyinat olub.

Hokm.az “unikal.org”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təhqiqat şöbəsinin rəisi olan polis polkovnik-leytenantı Rəhman Kərimov tutduğu vəzifədən azad olunub. Nazirin digər əmri ilə, o, həmin idarənin İstintaq şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, bu təyinata qədər R. Kərimov Xətai və Sabunçu rayon polis idarələrində çalışıb.

  •  (2)
  •  (0)