Ukrayna və Azərbaycanın məşhur insanlarının tərcümeyi-halları bir ensiklopediyada yerləşdiriləcəkbackend

Ukrayna və Azərbaycanın məşhur insanlarının tərcümeyi-halları bir ensiklopediyada yerləşdiriləcək

2021-ci ildə “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının beynəlxalq əməkdaşlığı çərçivəsində “Azərbaycan və Ukrayna tanınmış simalarda” adlı yeni ensiklopediya nəşrini həyata keçirəcək layihəsi reallaşacaq.

Hokm.az xəbər verir ki, layihənin əsas xüsusiyyəti ondan ibarətdir ki,Vətəniylə bağlı olan, uğurlu layihələr həyata keçirən, işlər görən azərbaycanlı və ukraynalılar dünyanın harasında olmasından asılı olmayaraq bu layihədə iştirak edə,tərcümeyi-halları və uğurlu fəaliyyətləri haqqında yazılı və fotoşəkillər əsasında məlumat yerləşdirə biləcəklər.

Həmçinin ətrafınızda,qohumlarının içərisində vətənimizlə bağlı yeni bir işi ilə uğura imza atan yeniliklər edən və fəaliyyəti ilə qürur duyacağınız qohum və tanışlarınız varsa,onların məlumatlarını da ensiklopediyada yer alması üçün bizə göndərə bilərsiniz.

Məlumat üçün qeyd edək ki,ensiklopediyada nəşr olunacaq şəxs haqqında məlumatlar arxiv idarəsindən tam və hərtərəfli yoxlanıldıqdan sonra nəşr olunmağa icazə veriləcəkdir və ensiklopediyanın nəşri Ukrayna-Azərbaycan Beynəlxalq Alyansı tərəfindən həyata keçiriləcəkdir.

Ensiklopediyada yer almaq üçün [email protected] ünvanımıza yazın və bununla da dünya sizi tanısın.

Hokm.az

  •  (0)
  •  (0)