Avropa Azərbaycanlıları Konqresində struktur dəyişiklikləri olubbackend

Avropa Azərbaycanlıları Konqresində struktur dəyişiklikləri olub

Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən Avropa Azərbaycanlıları Konqresinin (AAK) VII qurultayında təşkilatın strukturunda bir sıra dəyişikliklər edilib.
Qurultayda mövcud tələblərə uyğun olaraq yeni idarə formasının yaradılması ilə əlaqədar AAK-ın Nizamnaməsinə dəyişikliklər edilməsi barədə qərar qəbul edilib. Eyni zamanda, diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya edilməsi və Avropada yaşayan azərbaycanlıların vahid mərkəzdən idarə olunması məqsədilə AAK-ın yeni strateji fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Səsvermə nəticəsində Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Monteneqro üzrə əlaqələndiricisi Seyran Mirzəzadə, Macarıstan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının Strasburq üzrə əlaqələndiricisi Mehriban Ovçuyeva, İtaliyadakı “Center of Economic Development”in təsisçisi Elxan Riçard Sadıq-Zadə, Avstriyada Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov, Fransada yaşayan hüquqşünas Zaur Sadıqbəyli, “Natəvan” cəmiyyətinin rəhbəri, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiyadakı əlaqələndiricisi Leyla Bəyim Cəfərova, Almaniya-Azərbaycan Mədəniyyət Evinin həmtəsisçisi Altay Rüstəmov və İsveçdəki “Qarabağ” Cəmiyyətinin üzvü Aida Amir Haşimi AAK İdarə Heyətinin üzvləri seçiliblər.

AAK-ın ənənəsinə əsasən, Sahil Qasımov bundan sonra təşkilatın fəxri prezidenti statusunu daşıyacaq.

Tədbir çərçivəsində diaspor fəalları Sahil Qasımov, Arzu Həsənova və Niyazi Hacıyevə “Diaspor fəaliyyətində xidmətinə görə” Azərbaycan Respublikasının medalı və DİDK-nın təşəkkürnamələri, AAK üzvlərinə təşkilatın medalları təqdim edilib.

  •  (0)
  •  (0)