Prezident İlham Əliyevin beynəlxalq siyasətinin Ukraynada qələbəsibackend

Prezident İlham Əliyevin beynəlxalq siyasətinin Ukraynada qələbəsi

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi keçirilib.

Abidə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək Azərbaycanın Ukraynadakı səfirliyi, Xarkovdakı Fəxri konsulluğu və Xarkov şəhər meriyasının birgə dəstəyi ilə ucaldılıb.

Şəhərin mərkəzi hissəsində ucaldılan abidənin açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov, Xarkov Vilayət Dövlət Administrasiyası sədrinin müavini Yevgeni Qritskov, Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanov, Xarkov vilayət Administrasiyası rəsmiləri, deputatlar, Azərbaycanın diaspor rəhbərləri, soydaşlarımız, şəhər sakinləri iştirak ediblər.

Səfir Elmira Axundova isə çıxışında qeyd edib ki, Xarkov şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsinin ucaldılması Azərbaycan ilə Ukrayna arasında etibarlı tərəfdaşlığın bariz nümunəsidir. O, dünyəvi şair olduğu üçün bəzi ölkələrdə abidəsi ucaldılır. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri onu dünyada sevdirib. “Mən inanıram ki, Nizami Gəncəvinin abidəsi olan park şəhər sakinlərinin və qonaqların sevimli məkanına çevriləcək”,- deyə səfir əlavə edib.

 

İqor Terexov bildirib ki, adları dünya tarixinə qızıl hərflərlə yazılmış şəxsiyyətlər arasında dahi mütəfəkkir Nizami Gəncəvi də var. Bu abidənin açılışı təkcə şəhər üçün deyil, həm də Ukrayna üçün əlamətdar bir hadisədir. “Mən Azərbaycana öz minnətdarlığımı bildirirəm ki, Nizami Gəncəvi kimi dahi insanın abidəsi üçün Xarkov şəhərini seçib”.

 

Tədbirdə daha sonra Milli Məclisin deputatı Rüfət Quliyev, Xarkov Vilayət Dövlət Administrasiyası sədrinin müavini Yevgeni Qritskov çıxış edərək iştirakçılara öz təbriklərini çatdırıblar.

Milli Məclisin deputatı Rüfət Quliyev Hokm.az-a açıqlamasında bildirir ki:

“Bu Xarkovda böyük bir qələbədir. Baxmayaraq ki, erməni diasporası xaricdə çox güclüdür, azərbaycanlılar bu dəfə də onları məğlub etdi. Xarkov vilayət şurasında xeyli sayda  erməni işləyir, ona görə bu heykəlin qoyulması prosesini uzadıblar. Heykəl beş-altı aydı hazır idi, məqsəd var idi ki, Xarkovun mərkəzi parkında yerləşdirilsin.

 

Erməni bürokratları burada əlindən gələni eləyirdilər ki, alınmasın hətta əl atırdılar ki, istənilən başqa post-sovet məkanından hər hansı bir ölkənin ziyalısına məxsus heykəl yerləşdirilsin amma bir tək azərbaycanlı olmasın lakin, Nizami Gəncəvinin heykəli qoyulmasına sonunda müvvəffəq olduq. Bu məsələ əsas vəzifə və səlahiyyət sahibləri Xarkov meridi. Baxmayaraq ki, hazırda mer vəzifəsini icra edən şəxs qısa zamanda böyük kütlənin rəğbətini qazanmağı bacarıb belə ki, seçki ilə bağlı anketlərdə 98% səslə böyük üstünlük sahibidir. Belə bir məqamda İqor Terexovun güclü idarəçiliyi  və bizim xanım səfir Elmira Axundovanın dəstəyi  ilə may ayında, Azərbaycan səfirliyinə və Xarkov meriyası memorandum imzaladılar ki, may ayının biri idi ki, heykəl orda qoyulsun. Burda Elmira Axundovanın da siyasi dəstəyini və gücünü unutmaq olmaz. Eyni zamanda Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanovu unutmaq olmaz. Əfqan Salmanov heykəltaraşa xüsusi tapşırıq verərək eyni zamanda  parkda abadlıq işlərinin hər birini öz vəsaiti hesabına görüb. Heykəlin açılışından sonra maestro Yalçın Adıgözəlov xüsusi bir konsert proqramı ilə gələn qonaqlara möhtəşəm ifalar təqdim etdi. Eyni zamanda tədbirə yalnız Xarkov vilayətindən deyil bir sıra qonşu vilayətlərdən də xeyli sayda qonaqlar tədbirdən xəbərdar olaraq gəlmişdilər.

Heykəlinin açılışında cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs və ona olunan rəğbət eyni zamanda beynəlxalq arenada qazanılan nüfuz bir daha özünü göstərdi ki, azərbaycanlılara olunan böyük hörmət və dərin etimad mövcuddur.

Ukraynada birinci Nizami Gəncəvinin heykəli Xarkov şəhərində açılışı oldu, ikinci heykəl isə Kiyevdə hazırlanılır və bununla xüsusi olaraq xanım səfir məşğuldur.”

Mikayıl Mirzəzadə
Hokm.az

  •  (0)
  •  (0)