Türkiyə hərbçiləri təlim üçün Gəncəyə gəldi – VİDEObackend

Türkiyə hərbçiləri təlim üçün Gəncəyə gəldi – VİDEO

“TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti Gəncə şəhərinə gəlib.

Hokm.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

  •  (0)
  •  (0)