Tovuz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silah-sursat tapılıb.
Hokm.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ağstafa rayon sakini E.Qəhrəmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı sərnişin N.Məsimovdan “AK-74” markalı avtomat silahı, 22 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Araşdırma aparılır.