“TikTok”da narkotiki təbliğ edən 16 yaşlı yeniyetmə saxlanılıbbackend

“TikTok”da narkotiki təbliğ edən 16 yaşlı yeniyetmə saxlanılıb

Bir neçə gün öncə “TikTok” platformasında “ll@amid52” adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub.

“Ölkə.Az” xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməlyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması müəyyən edilib.

O, valideynləri ilə birlikdə Rayon Polis Şöbəsinə dəvət edilib. A.Məhərrəmovla müvafiq profilaktiki söhbətlər aparılıb, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib.

Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonun səhifəsindən silib.

  •  (0)
  •  (0)