Sumqayıtda quldurlar mağazaya basqın etdi – Satıcının əl-qolunu bağlayıb…backend

Sumqayıtda quldurlar mağazaya basqın etdi – Satıcının əl-qolunu bağlayıb…

Sumqayıtda quldurluq hadisəsi baş verib.

Hokm.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də Novruz qəsəbəsi ərazisindəki mağazaların birində satıcı X.Hüseynovu bıçaqla hədələyib, əl-ayağını iplə bağlayaraq kassadan 1070 manat pul, 6000 manat dəyərində tütün məmulatı, spirtli və sərinləşdirici içkilər aparmaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – M.Abdullayev və C.Bayramzadə saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

  •  (0)
  •  (1)