Sumqayıtda əxlaqsızlıq yuvasında polis reydibackend

Sumqayıtda əxlaqsızlıq yuvasında polis reydi

Sumqayıtda yerləşən kafelərdən birində karantin qaydaları pozulduğu üçün polis tərəfindən əməliyyat keçirilib.

Hokm.az xəbər verir ki, bu barədə baku.ws-in “qaynar xətt”inə məlumat veriblər. Hadisə şahidləri bildiriblər ki, reyd zamanı kafedə intim xidmətlər göstərən qızlar da aşkarlanıb və saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən baku.ws-ə kafedə polis tərəfindən reyd keçirildiyi təsdiqlənib.

“Saat 12-dən sonra fəaliyyət göstərdiyi üçün karantin qaydalarının pozulması barədə məlumat daxil olub. Reyd keçirilib.

Reyd zamanı müştərilər və kafe sahibi barəsində inzibati protokol tərtib edilib”, – nazirliyin məlumatında bildirilib.

  •  (1)
  •  (0)