Sumqayıtda bazarda atəş açılıb, bir nəfər yaralanıb – FOTObackend

Sumqayıtda bazarda atəş açılıb, bir nəfər yaralanıb – FOTO

Sumqayıtda silahlı insident baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “İnşaatçılar” qəsəbəsində yerləşən bazarda qeydə alınıb.

Belə ki, naməlum şəxs “BMW” markalı avtomobildən düşərək ov tüfəngindən atəş açıb. Nəticədə, bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan, 1988-ci il təvəllüdlü Çələbiyev Natiq Atabala oğlu xəsarət alıb. Çoxsaylı qırma yarası alan N.Çələbiyev Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)