Sumqayıtda 76 yaşlı qadın yaşadığı evdə QƏTLƏ YETİRİLDİbackend

Sumqayıtda 76 yaşlı qadın yaşadığı evdə QƏTLƏ YETİRİLDİ

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Sumqayıt ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilmişdir.

Hokm.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumatda deyilir:

“Noyabrın 9-u saat 20 radələrində Sumqayıt şəhər sakini 1945-ci il təvəllüdlü Züleyxa Osmanovaya məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhər sakini Xanəhməd Rüstəmov oğurluq məqsədilə Züleyxa Osmanovanın evinə daxil olmuş, sonuncunun evdə olduğunu bildikdən sonra daş parçası ilə onun baş nahiyəsinə xəsarətlər yetirmiş, daha sonra isə boğaraq öldürmüşdür.

Xanəhməd Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

  •  (0)
  •  (0)