Şübhələnib gizlincə izlədi, telefonuna gələn zənglərə baxdı, sonda öldürdü – Bakıdakı qətlin təfərrüatıbackend

Şübhələnib gizlincə izlədi, telefonuna gələn zənglərə baxdı, sonda öldürdü – Bakıdakı qətlin təfərrüatı

Xətai rayonunda arvadını öldürməkdə təqsirli bilinən Ramin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hokm.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Ağstafa rayon sakini, 1984-cü il təvəllüdlü Ramin Qurbanov Xətai rayonunda həyat yoldaşı, 1987-ci il təvəllüdlü Dilbazi Tahir qızını bıçaqlayaraq öldürüb. Hadisə qısqanclıq zəminində baş verib.

Belə ki, Ramin Qurbanov həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib. O, şübhələrini müəyyən etmək üçün həyat yoldaşını izləməyə başlayıb. Ramin Qurbanov izlədiyi müddətdə arvadının başqa bir kişi ilə münasibətdə olduğunu görüb.

Bu səbəbdən də arvadını öldürmək qərarına gəlib. Həmin gün həyat yoldaşı ilə mübahisə edən Ramin Qurbanov cinayət hadisəsini törədib. O, cinayəti törədəndən sonra polisə gələrək təslim olub.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Ramin Qurbanov ifadəsində bildirib ki, hadisədən 1 ay əvvəl aldıqları torpaq sahəsində ev tikmək üçün kridetə pul götürmək məqsədi ilə Ağstafa rayonuna gedib. Evə qayıtdıqdan sonra uşaqları anasının “Nadir” adlı şəxslə onları hansısa restorana apardığını deyiblər. Bu barədə soruşduqda yoldaşı həmin adamın sadəcə onun müştərisi olduğunu bildirib. Bununla əlaqədər aralarında bir neçə dəfə mübahisələri olub.

Qeyd edək ki, Dilbazi Qurbanova fala baxmaqla məşğul olub.

Bir neçə gündən sonra isə arvadı Tovuz rayonunda yaşayan atasının yanına istirahətə gedəcəyini bildirərək evdən çıxıb. Lakin həmin gün onunla telefon əlaqəsi saxlayanda sonuncu onu təhqir edərək rayona getməyəcəyini, kasıbçılıqdan bezdiyini və rahat yaşamaq istədiyini deyib. Arvadı ondan ayrılaraq başqa yerdə kirayə ev tutub. Ramin Dilbazinin köhnə müştəriləri vasitəsi ilə onun yaşadığı ünvanı öyrənib. Həmin ünvana gedib onunla görüşməyə cəhd etsədə, qadın qapını açmayaraq polisə şikayət edəcəyini deyib.

Ramin Qurbanov Agstafa rayonuna gedərək bir müddət orada qalıb sonra isə yenidən Bakıya qayıdıb. Dilbazini axtararaq “Həzi Aslanov” metrosunun yanında yaşadığını bilib. İyunun 16-sı səhər saat 12 radələrində həmin ünvana gəlib.

Bu zaman Ramin Qurbanov orada mənzilin giriş qapısının yanında dayanıb və qapının açılmasını gözləyib. Qapı açıldığı zaman isə cəld mənzilə girib. O. mənzildə Dilbazi ilə yanaşı uşaqları, Dilbazinin əmisi qızı Səfa və rəfiqəsi Gülər Nuriyevanın da olduğunu görüb.

Ramin arvadına hər şeyi unutmağı və yenidən barışmağı təklif edib.  Lakin Dilbazidən rədd cavabını aldıqdan sonra ondan daha əvvəldən xəyanət etməsi barədə şübhələndiyi “Nadir” adlı şəxslə danışıb-danışmadığını soruşub. O, Dilbazidən “Nadir”lə əlaqə saxlamadığını eşidib.

Ramin Qurbanov onun dediklərini yoxlamaq məqsədilə otağa keçib və oradakı masanın üzərində olan mobil telefonu götürüb. O, telefona daxil olan və çıxan zənglərə baxıb.

Bu zaman Dilbazi Qurbanovanın Nadirlə həmin gün mobil telefonda danışdıqlarını görüb. Ramin Dilbazinin ona yalan danışdığı üçün xəyanət etməsindən əmin olub.

Ramin Qurbanov Dilbazini azyaşlı uşaqları – Emin Qurbanov, Mehin Qurbanovanın və əmisi qızı Səfa Kərimovanın gözü qarşısında öldürmək qərarına gəlib. Ramin Qurbanov Dilbaziyə özü ilə gətirdiyi bıçaqla çoxsaylı xəsarətlər yetirib. Dilbazi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İstintaqın sonunca Ramin Qurbanovun əməli CM-nin 120.1(qəsdən adam öldürmə) maddəsindən, 120.2.4-cü(xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Məhkəmə prosesində Ramin Qurbanov ittiham üzrə özünü qismən təqsirli bilərək əməlindən peşman olduğunu bildirib.

Sonda məhkəmənin hökmü ilə Ramin Qurbanov 15 il müddətinə azadlıqdan məhrum olunub.

  •  (0)
  •  (0)