Su Polisindən balıq ovu ilə məşğul olanlara xəbərdarlıq – RƏSMİbackend

Su Polisindən balıq ovu ilə məşğul olanlara xəbərdarlıq – RƏSMİ

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olanlara xəbərdarlıq edib.

Bu barədə Hokm.Az-a qurumdan məlumat verilib.

Bildirilib ki, bu ilin aprelin 27-dən sentyabrın 1-dək balıq ovuna qadağa qoyulacaq. Qadağa təbii su hövzələrində balıq ovuna şamil edilir.

Xəzər dənizi akvatoriyasında və Respublikanın digər sututarlarında balıqların kürütökmə dövrünün başlanması ilə əlaqədar aprelin 27-dən sentyabrın 1-dək balıq ovuna qadağa tətbiq ediləcək. Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxslərdən müəyyən olunan vaxtda və ərazilərdə balıq ovuna qoyulan qadağaya əməl etmələrini xahiş və tələb edir.

Sözügedən qadağa həvəskar balıqçılığa da şamil edilir. Qaydanı pozanlar növündən asılı olmaqla, inzibati və ya cinayət məsuliyyətinə cəlb ediləcəklər. Vətəndaşlardan xahiş olunur ki, qadağa ilə bağlı pozuntular barədə İdarənin 012 433 38 02, 012 433 38 22 (faks) nömrələrinə məlumat versinlər.

  •  (1)
  •  (2)