Sosial şəbəkədə rüsvay edəcəyini dedi – 2 min manat alarkən tutuldubackend

Sosial şəbəkədə rüsvay edəcəyini dedi – 2 min manat alarkən tutuldu

Abşeron rayon sakinindən hədə-qroxu ilə pul tələb edilib.

Bu barədə Hokm.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini S.Ələsgərli barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yaymaq hədəsi ilə Bakı şəhər sakini V.Həsənovdan tələb etdiyi 2 000 manatı alarkən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 7 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.

  •  (1)
  •  (1)