Şirvanda “patı” satan qadın saxlanıldı – FOTObackend

Şirvanda “patı” satan qadın saxlanıldı – FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Hokm.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Masallı rayon sakini Gülnarə Ağayeva saxlanılıb.

Onun şəhər ərazisində kirayə yaşadığı evə keçirilən baxış zaman sellofan bükümlərdə təmiz çəkisi 742 qram olan “patı” və “şüşə” adlanan psixotrop maddə – metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

  •  (0)
  •  (0)