Salyanda ər arvadını bıçaqlayandan sonra özünü yandırdıbackend

Salyanda ər arvadını bıçaqlayandan sonra özünü yandırdı

Salyanda qadın əri tərəfindən bıçaqlanıb.

Hokm.az  APA-ya istinadən bildirir ki, rayonun Kürsəngi kənd sakini, 1994-cü il təvəllüdlü Kərimova Aysel Vahid qızı qarın nahiyəsinin çoxsaylı bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.

Qeyd edilir ki, əri həyat yoldaşını bıçaqlayandan sonra özünü yandırıb. M.Kərimov ağır yanıq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yrləşdirilib.

Faktla bağlı Salyan polis şöbəsi tərəfindən araşdırma aparılır.

  •  (0)
  •  (1)