Salyan sakini qonşusunu bıçaqladıbackend

Salyan sakini qonşusunu bıçaqladı

Bu gün axşam saatlarında Salyan rayonunun Boranıkənd kəndində bıçaqlanma hadisəsi baş verib.

Hokm.az-n Virtualaz.org-a istinadən məlumatına görə, 27 yaşlı kənd sakini Hilal Əliyar oğlu Hüseynov qoşusu tərəfindən bıçaqlanıb. Müxtəlif dərəcəli bıçaq xəsarətləri alan H.Hüseynov Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)