Sabirabadda yeznə qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirdibackend

Sabirabadda yeznə qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirdi

Sabirabadda bıçaqlanma hadisəsi olub.

Belə ki, hadisə rayonun Kürkəndi kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlfağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb.

Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb.

Qeyd edək ki, hadisəni İ.Zərbəliyevin yeznəsi törədib. O, eyni zamanda qayınanasına da xəsarətlər yetirib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.APA

  •  (0)
  •  (1)