Rusiyadan gələn kişi oğlunu evdən qovdu və sonra… – Şəmkirdə şok olaybackend

Rusiyadan gələn kişi oğlunu evdən qovdu və sonra… – Şəmkirdə şok olay

Şəmkir rayonunda 1972-ci il təvəllüdlü Bəhruz şəxsi münasibətlər zəminində oğlu Namiqə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 28-də Şəmkir rayonu, Zəyəm qəsəbəsində baş verib.

Bəhruz həmin gün qardaşının yaşadığı evdə öz oğlu Namiqin onun yaxasından tutaraq spirtli içki qəbul etməsinə irad tutması ilə bağlı aralarında münaqişə yaranıb. Bu zaman Bəhriz bıçaqla oğluna xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Namiq onun böyük oğludur: “Əvvəllər həmişə münasibətlərimiz yaxşı olub. Təxminən 2021-ci ilin mart ayının əvvəllərində evdə aramızda mübahisə yarandığından Namiqi evdən qovdum və evə gəlməməsini dedim. Namiq evdən gedərək qardaşım Yaşarın evində yaşadı. Novruz bayramı vaxtı Namiqi evə çağırdım. Lakin Namiq evə gəlmədi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 27-də arvadı Könül ondan Namiqi bağışlamasını xahiş edib: “Mən də Namiqi bağışladığımı, evə gəlməsinə etiraz etmədiyimi bildirdim. Martın 28-də Namiq evə gəldi. Həmin günü  tanışlarım ilə bir qədər spirtli içki qəbul etdim. Daha sonra qəsəbədə olan dükanların birindən iki şüşə pivə alaraq içdim. Saat 18 radələrində yaşadığım evə gəldim. Bundan iki gün qabaq eşitmişdim ki, kiçik oğlum Arzunun arvadının üzüyü evdə itib. Gəlindən üzüyün nə vaxt itdiyini soruşdum. Gəlinim isə 20 gün qabaq itdiyini bildirdi. Oğlum Arzuya acıqlanaraq niyə mənə əvvəlcədən bunu bildirmədiklərinə görə irad bildirdim. Üzüyün itmədiyini, üzüyü özlərinin satdığını dedim. Oğlum Arzu isə evdən üzüyün itdiyini söylədi. Arzu bundan sonra yaxınlıqda yaşayan qardaşım Yaşargilə getdi. Mən də Arzunun arxasınca getdim. Yaşarın həyətinə daxil olduğu zaman oğlum Namiq qəfildən yaxamdan tutdu və nəyə görə gəldiyimi soruşdu. Namiqin əlindən çıxaraq geri, öz yaşadığım evə qayıtdım və əsəbi olduğumdan mətbəxdən bıçaq götürərək yenidən qardam Yaşargilə getdim. Əlimdə bıçaqla Yaşarın evinə daxil oldum. Həmin vaxt orada arvadım Könül, qardaşım Yaşarın arvadı və başqa şəxslər olublar. İçəri girən kimi Namiq yenidən yaxamdan tutaraq ondan nə istədiyimi soruşdu. Namiqin əlindən dartınaraq çıxmaq istəsəm də, çıxa bilmədim. Həmin vaxt əsəbi olduğumdan heç bir söz demədən əlimdə olan bıçağı bir dəfə Namiqin sol tərəfindən vurdum. Zərbə vuran kimi Namiq məni buraxaraq bıçaqla vurulduğunu bildirdi, kənara qaçdı”.

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra qardaşı evindən çıxaraq yaşadığı evə gedib və paltarını geyinərək oradan da Şəmkir rayon Zəyəm polis bölməsinə gedib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Namiqin sözlərinə görə, təqsirləndirilən Bəhruz onun doğma atasıdır: “Atam uzun müddət Rusiya Fedarasiyasında yaşayıb. Bir neçə il əvvəl isə qayıdaraq qəsəbəyə gəlib. Atamspritli içkilərə meylli olub, həmişə buna görə ailədə münaqişə yaradıb. Təxminən 2021-ci ilin mart ayının əvvəllərində atam içkili vəziyyətdə mənimlə mübahisə etdi və mənə evə gəlməməyimi dedi. Mən də qonşuluqda yaşayan əmim Yaşarın evində qaldım”.

Zərərçəkmiş bildirib ki, hadisədən bir neçə gün əvvəl atası ona evə gəlməsi barədə xəbər göndərib: “Martın 28-də yaşadığım evə getdim. axşam saatlarında isə əmimin evinə bəzi əşyaları götürmək üçün qayıtdım. Saat 22 radələrində anam Könül əmimin evinə gələrək atamın yenə evə içkili vəziyyətdə gələrək münaqişə yaratdığını bildirdi. Həmin vaxt oturduğum otağın pəncərəsindən baxdıqda atamın əmimin evinə girdiyini gördüm. Fikirləşdim ki, atası içkili gələrək orada qanqaraçılıq yaradacaqdır. Ona görə də atamın qarşısını almaq üçün çölə çıxdığım zaman evin giriş hissəsində olan otaqda atamla qarşılaşdım. Həmin vaxt atam əlini qaldırdığından elə bildim ki, atam məni yumruqla vuracaqdır. Ona görə də atama heç bir müqavimət göstərmədim. Atamın əsəbi olmasını, məni vuracağı halda əsəbinin sakitləşəcəyini fikirləşdim. Həmin anda da atam mənim sol sinə nahiyəmdən vurdu. Əvvəl atamən məni yumruqla vurduğunu düşündüm. Lakin atamın əlində bıçaq olduğunu gördüyümdən məni bıçaqla vurduğunu bildim. Kənara çəkilərək əlimi sol tərəfimə qoyduqda qan axdığını gördüm. Tez qışqıraraq atamın məni bıçaqla vurduğunu və məni tez həkimə aparmalarını dedim. Həmin vaxt orada olan əmimin kürəkəni Etibar tez məni avtomobilə oturdaraq xəstəxanaya apardı. Anam və qardaşım Arzu da mənimlə birlikdə xəstəxanaya gəldilər”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Bəhruz 1 il müddətinə azadlıqdan məhrum edilib.

  •  (0)
  •  (0)