Qusar sakini özünü tüfənglə güllələdibackend

Qusar sakini özünü tüfənglə güllələdi

Sentyabrın 4-də saat 18 radələrində Qusar rayonunun Yuxarı Tahircal kəndi ərazisində kənd sakini E.Vəliyevin tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Hokm.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən E.Vəliyevin vəziyyəti orta-ağırdır.

Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16″markalı ov tüfəngi götürülüb.

  •  (1)
  •  (0)