Qulinin “taxt-tacı” uğrunda savaş başlandı – Onun yerini kim tutacaq?-DETALLARbackend

Qulinin “taxt-tacı” uğrunda savaş başlandı – Onun yerini kim tutacaq?-DETALLAR

Lotu Qulinin ölümündən sonra kriminal aləmdə onun taxt-tacına sahib olmaq uğrunda müharibəyə hazırlıq başladı.

Hokm.az  “ura.ru”ya istinadən xəbər verir ki, kriminal aləmdə Lotu Quli kimi tanınan Nadir Səlifovun  öldürülməsindən sonra  Rusiyanın Sverdlovsk vilayətinin kriminal dünyası müharibəyə hazırlaşır.

Lotu Qulinin sağlığında Sverdlovskda çox böyük nufuzu olub.

Onun ölümündən sonra isə vilayətdə kriminal hakimiyyətdə dəyişiklik və birincilik uğrunda müharibəyə hazırlıq gedir.  Kriminal aləmdəki müharibələrə 90-cı illərdəki kimi olmayacaq. Necə ki, Rövşən Caniyevin (Lənkəranski) ölümündən sonra  “qanuni oğru”lar Lotu Qulinin nəzarəti altına keçərək, ona ödənişlərini etdilər.Lotu Qulinin ölümündən sonra isə bu aləm öz yeni sahibini gözləyir.
Qulinin yerinə isə  3 nəfər iddialıdır.

Bunlar kriminal aləmdə Qiya Sverdlovski kimi tanınan və Rusiyanın cinayət aləminin lideri Ded Xasanın yaxın qohumu,  47 yaşlı “qanuni oğru”  Georqiy Akoev, Avto kimi tanınan  və hazırda Ukraynada yaşayan 65 yaşlı Avtandil Kobeşavidze və 39 yaşlı çeçen Əhməd Dombayevdir. O kriminal aləmdə  Əhməd Şalinski kimi tanınır.(Olke.az)

  •  (0)
  •  (0)